TRİATLON

Ironman Triatlon

TRIATLON NƏDİR?

Triatlon – qaçış, velosiped və üzgüçülük idmanlarını özündə ardıcıl olaraq birləşdirən dözümlülük yarışıdır. Fiziki xüsusiyyətlərinə görə ona ən yaxın qol olaraq göstərilən Atletikadan xeyli fərqlənir. Çünki bura Üzgüçülük və Velo yürüş əlavə olunub. Bu idman növünü digərlərindən fərqləndirən əsas cəhət başdan sona qədər fasiləsiz davam etməsidir. Triatlonda zamanla yarışmaq çox vacibdir.

Bir idmançının məsafə yarışını başa vurması üçün lazım olan vaxt, yarışdan-yarışa xarici faktorlardan təsirlənərək dəyişə bilər. Buna nümunə olaraq ərazi gedişatını, hava şəraiti (külək, yağış, dalğa və s.) və s. faktorları misal çəkmək olar.

İndi dünya yeni idman növləri və yeni həyəcanlar arxasında olduğu üçün Beynəlxalq Olimpiya Komitəsi də oyunlara aktiv idman növləri ilə başlamaq qərarına gəldi və bildiyimiz kimi Sidney Olimpiyadası Tiratlonla başladı. Triatlon ilk dəfə 2000 -ci il Sidney Olimpiya Oyunlarına Olimpiya Komitəsi tərəfindən müstəqil olaraq qəbul edildi.

Dünya Triatlon Korporasiyası tərəfindən təşkil edilən Ironman Triatlonu uzun məsafəli triatlon yarışlarından biridir.
IRONMAN - fiziki sərtlik və zehni güc testidir.
IRONMAN, səbr etmək, dözmək və özümüzdən daha böyük bir şeyin bir hissəsi olmaqdır. O, bizə sərhədlərimizi aşdığımız zaman əldə edilə biləcək yüksəklikləri göstərir.


Üzgüçülük:
Triatlon yarışları üzgüçülüklə başlayır. Ümumiyyətlə, kişi və qadın idmançıların nəticələri ayrı verilir. Üzgüçülük həm dənizdə, həm də göllərdə, və hovuzlarda edilə bilər. Yarışın başlanğıc nöqtəsi geniş saxlanılır ki, rəqiblər sudan asanlıqla çıxsınlar. Avropada yalnız Triatlon üçün nəzərdə tutulmuş hovuzlar və qurğular var.


Velo yürüş:
Üzgüçülük yolunu tamamlayan rəqiblər yarışdan əvvəl velosipedlərini təşkilat komitəsi tərəfindən təyin olunan mübadilə sahəsində nömrələrinin olduğu gəlirlər. Bura müsabiqə iştirakçılarından və vəzifəli şəxslərdən (hakimlərdən) başqa kənar şəxlərin girişi qadağandır. Triatlonçular heç bir kömək olmadan velosipedlərində əvvəlcədən təyin olunmuş kursu tamamlayırlar. Yarışçılar velosiped sürərkən təhlükəsizlik dəbilqələrini geyinməli və təşkilatçılar tərəfindən onlara verilən yarış nömrələrini bellərində taxmalıdırlar.
10 metrlik qayda:
Rəqiblər bir-birilərini 10 metr məsafədən təqib edə bilərlər. Bunun səbəbi, qarşısındakı idmançının külək çəkməsindən istifadə edərək, arxada olan idmançının haqsız rəqabətə səbəb olmasının qarşısını almaqdır. Bu qaydanı pozan yarışçılara hakimlər tərəfindən "ya rəqibini keç, ya da 10 metr məsafə saxla" deyilərək xəbərdarlıq edilir. Yarışçı yenidən qaydanı pozarsa, hakimlər tərəfindən dayandırılır və 1 dəqiqə kənarda durma cəzası verilir.


Qaçış:
Yarış yolu əvvəlcədən müəyyən edilmiş yollarda aparılır. Velosiped mərhələsini başa vuran triatlonçular qaçışa hazırlaşırlar. Burada keçən vaxt yarışın ümumi vaxtına daxil edilir. Triatlonçular qaçış boyu önlərində görünə biləcək şəkildə nömrələrini taxmalıdırlar. Rəqiblərə heç bir kənar dəstək verilə bilməz. Finiş xətti açıq şəkildə hazırlanır və rəqiblər bu xətti keçərək yarışı tamamlayırlar. Qaçış yolunun sonu da triatlonun sonudur. Ümumi reytinq alınır və sıralama buna uyğun olaraq qiymətləndirilir.

 

IRONMAN SERİYALARI

Məsafə

3,8 km

180 km

42 km

Məsafə

1,9 km

90 km

21,1 km

Məsafə

1,5 km

40 km

10 km