Azərbaycan Triatlon Federasiyası 2015 -ci ildə fəaliyyətə başlamışdır. Yığmamız gənc və peşəkar idmançılardan ibarət olub iki komandaya bölünür. Artıq bir neçə ildirki atletlərimiz Rəsmi Çempionatlara qoşularaq nailiyyətlər əldə edirlər.
Açıq suda üzmə üçün ən məşhur sahə, başlanğıc nöqtəsi Triatlon Parkı olaraq təyin olunan Bilgəh sahilindəki çimərlikdir. Burada demək olar ki, yayda hər gün səhər saatlarında 2 km-lik məsafədən üzgüçülük aparılır.
xəritəBakıda ən məşhur və ən böyük hovuz «Aquatic Palace» idman kompleksindədir. Mərkəzdə 25 və 50 metrlik hovuzlar var. Kompleksdə əlavə olaraq lazımlı idman növlərini, Yoga və universal idman zalını ziyarət edə bilərsiniz.
xəritə+99412 491 9191
Qaçış sürətinizi inkişaf etdirmək üçün 400 metrlik stadionlarda fasilələrlə məşq etməyiniz tövsiyyə olunur. Xüsusi qaçış səthi yeni başlayanlarda yarana biləcək zədələrin qarşısını alır. Bakıda ən məşhur ödənişsiz stadion Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının və Tofiq Bəhramov adına Respublika Stadionu sayılır.
xəritəUzun məsafə qaçışlar üçün ən populyar marşrutlar:
Gediş-dönüş 10km
Gediş-dönüş 10km
Azərbaycanda triatletlərin ən sevimli marşrutları:
Gediş-dönüş 70km
Gediş-dönüş 100km
Gediş-dönüş 50km, 1500m yüksəklik